MSK daha 5 partiyanın səlahiyyətli nümayəndələrini qeydə aldı – SİYAHI

MSK daha 5 partiyanın səlahiyyətli nümayəndələrini qeydə aldı – SİYAHI

Mərkəzi Seçki Komissiyası (MSK) daha bir neçə partiyanın 2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak edəcək səlahiyyətli nümayəndələrini qeydə alıb.

Modern.az xəbər verir ki, bununla bağlı məsələ MSK-nın bu gün keçirilən iclasında müzakirə edilib.

MSK katibi Arifə Muxtarovanın təqdimatına əsasən, Azad Vətən Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Yeni Zaman Partiyası, Haqq, Ədalət Partiyası və Ağ Partiyanın səlahiyyətli nümayəndələrinin qeydə alınması ilə əlaqədar qərar verilib.

Qərar səsverməyə çıxarılaraq qəbul edilib.

Beləliklə, MSK-nın indiyə kimi səlahiyyətli nümayəndələrini qeydə aldığə partiyaların sayı 16-ya çatıb.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37