Muğam Mərkəzi 20 min borcu olan şirkətlə 80 minlik müqavilə imzaladı
- İQTİSADİYYATSON XƏBƏR
- 27.05.2024 16:32
Beynəlxalq Muğam Mərkəzi havalandırma və soyutma sistemlərinin təmiri və zəruri ehtiyat hissələrinin alınması ilə bağlı müqavilə imzalayıb.
TEMPİNFO xəbər verir ki, razılaşmaya əsasən qarşı tərəfə 80834.72 AZN ödəniş ediləcək.
Təchizatla bağlı işləri “Hightechnic Systems” MMC şirkəti həyata keçirəcək.
Sözügedən müəssisə 2014-cü ildə dövlət qeydiyyatəndan keçib və qanuni təmsilçisi Bülent Simdidir.
Əldə etdiyimiz məlumata görə, “Hightechnic Systems” MMC-nin 21657.97 manat vergi borcu yığılıb.
TEMPİNFO