Murad Dadaşov Təhlükəsizlik Xidmətinin rəisini işdən qovdu

Murad Dadaşov Təhlükəsizlik Xidmətinin rəisini işdən qovdu

“Xəzər” televiziyasının Təhlükəsizlik Xidmətinin rəisi işdən çıxarılıb.

TEMPİNFO xəbər verir ki, manset.az-ın əldə etdiyi məlumata görə, televiziyanın Baş direktoru Murad Dadaşovun müvafiq əmri ilə Təhlükəsizlik Xidmətinin rəisi Elçin Həsənov işində yol verdiyi nöqsanlara görə tutduğu vəzifəsindən azad edilib. Digər əmrlə televiziyanın Təhlükəsizlik xidmətinin rəisi vəzifəsinə Ruslan Şahkərimov təyin edilib.
Bildirək ki, Ruslan Şahkərimov bundan öncə televiziyanın rəhbəri Murad Dadaşovla “M Group Production”da bir yerdə çalışıb.

Qeyd edək ki, vəzifəsindən azad edilən Elçin Həsənov bir vaxtlar hüquq mühafizə orqanlarında çalışıb. O, Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırovun bacanağıdır.

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37