“Nar” abunəçinin xəbəri olmadan balansından 9 manat silib – FOTO

“Nar” abunəçinin xəbəri olmadan balansından 9 manat silib – FOTO

“Nömrəmin internet trafiki bitibmiş deyə balansımdan qəfildən ardıcıl 1, 3 və 5 manat olmaqla, ümumilikdə 9 manat silinib. “Nar” isə bu pulların silinməsi və internet trafikinin bitdiyi ilə bağlı məni yalnız 20.06-da məlumatlandırıb. Bütün bunlarla bağlı bildiriş mesajı mənə eyni anda göndərilib. Halbuki sən demə, internet paketim daha əvvəl bitibmiş, amma məni bununla bağlı məlumatlandırmağa cavabdeh olan “Nar” bunu etməyib. “Nar” etdiyi kiberdələduzluğundan vaxtında xəbərim olmasın deyə, vəsait silindikcə telefonun ekranında balansın təqdim olunması xidmətini də məndən icazəsiz deaktiv edib. Normalda isə abunəçini internet paketinin bitməsinə az müddət qalmış məlumatlandırmağa borcludur. Amma “Nar” abunəçinin hüquqlarını kobud şəkildə pozaraq, internet paketinin böyük həcminin istifadə olunduğu ilə bağlı məni məlumatlandırmayıb.

TEMPİNFO-nun xəbərinə görə, bunu jurnalist Səid Qərib bildirib.

O qeyd edib ki, mobil operator ikinci kiberdələduzluğa da əl atıb: “Balansımdan bir manat çəkib və bundan sonra məni internet trafikinin bitdiyi və ardıyca əlavə olaraq 3 və 5 manat məbləğində vəsaitin silindiyi ilə bağlı müjdələyib. “Nar”a zəng etmişəm ki, bunun səbəblərini izah etsinlər və oğurladıqları pulu geri qaytarsınlar. Operator deyir ki, bu, oğurluq deyil. Təbii ki, oğurluq deyil, bu, kiberdələduzluqdur. Gündə onlarla vətəndaş kartlarından pul çəkilməsi faktları ilə bağlı bu cür kibercinayətkarlığın qurbanı olurlar. Amma bu, əksər hallarda həmin vətəndaşların öz məsuliyyətsizlikləri, səhlənkarlıqları və sadəlövhlükləri üzündən baş verir, yəni kartlarından pul çəkilməsində həmin vətəndaşların özlərinin də rolu olur. Amma “Nar”ın bu kiberdələduzluğunda mənim abunəçi olaraq hər şeydən xəbərsiz olmuşam. Operatora nə qədər izah etsəm də, o, sistemdə gördüklərinə əsasən, mənə əvvəlcə internet trafikinin bitməsi ilə bağlı xəbərdarlıq mesajının, sonra isə balansdan pul vəsaitlərinin silinməsi ilə bağlı bildiriş mesajlarını göndərildiyini iddia edir. Buradan belə qənaət gəldim ki, sən demə bu “Nar”ın daxili sistemi də düz işləmirmiş, bəlkə də proqram təminatı çöküb. “Nar”la yollarımız ayrıldı, amma mübarizəmiz davam edəcək!”

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37