“Nar” ANS-in və “Azersun Holding”in şirkətini məhkəməyə verdi

“Nar” ANS-in və “Azersun Holding”in şirkətini məhkəməyə verdi

“Azerfon” MMC “ANS Şirkətlər Qrupu”na daxil olan şirkətlərdən birini və “Azersun Holding”in bankını məhkəməyə verib.

“Ölkə.Az”ın məlumatına görə, MMC “ANS Kommers” şirkəti “Azərbaycan Sənaye Bankı” ASC ilə bağlı Bakı Kommersiya Məhkəməsində iddia qaldırıb.

Məhkəmə işlərinin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələrdir.

İşə müvafiq olaraq hakim Günay Həşimova və Kənan Hüseynovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, “Azerfon” MMC 2005-ci ildə rəsmi qeydiyyatdan keçib və “Nar” əmtəə nişanına sahibdir.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37