Həsən İsmayılov maliyyə naziri təyin edildi – SƏRƏNCAM

Həsən İsmayılov maliyyə naziri təyin edildi – SƏRƏNCAM

Naxçıvan Muxtar Respublikasına (MR) maliyyə naziri təyin edilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimovun imzaladığı 16 iyul 2024-cü il tarixli Sərəncama əsasən, Həsən Bayram oğlu İsmayılov Naxçıvan MR-in maliyyə naziri təyin olunub.

Qeyd edək ki, Həsən İsmayılov 27 may 2019-cu il tarixdə Naxçıvan Muxtar Respublikası maliyyə nazirinin müavini təyin edilib. O, 10 yanvar 2023-cü il tarixdən isə nazir vəzifələrini müvəqqəti icra edirdi. /apa

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37