Nazir müavinin oğlu dövlət qurumuna 10 ton adblue satacaq

Nazir müavinin oğlu dövlət qurumuna 10 ton adblue satacaq

Fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyevin oğlu Elvin Hacıyevə məxsus “Technoil” MMC Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzinin keçirdiyi kotirovka sorğusunun qalibi seçilib.

TEMPİNFO Qaynarinfo-ya istinadən xəbər verir ki, sorğu dizel yanacaq qatqısının (adblue) satın alınması ilə bağlı keçirilib.

Məlum olur ki, qurum şirkətdən 10 ton adblue alacaq. Bunun müqabilində şirkətə 14 986 manat ödəniləcək.

“Technoil” MMC 10 mart 2015-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 11 688 495 manatdır. Hüquqi ünvanı Sumqayıt şəhəri, Sülh küçəsi, məhəllə 76-da yerləşən MMC-nin qanuni təmsilçisi Cəlilov İlqar Nəsir oğludur. O, cari ilin fevral ayından şirkəti təmsil edir. İlqar Nəsirovdan əvvəl “Technoil” MMC-nin qanuni təmsilçisi Zeynalova Rumidə Ağabəy qızı olub.

Orucəli Hacıyevin oğlu Elvin Hacıyev şirkətin təsisçilərindən biridir. O, müsahibələrinin birində “Technoil” bizim ailədən gələn layihədir” deməklə bu iddiaların əsassız olmadığını ortaya qoyub.

“Technoil” MMC ötən 15 satınalma müsabiqəsinin qalibi seçilib.

Xatırladaq ki, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun müavini Orucəli Hacıyevin oğlu Elvin Hacıyevin biznes şəbəkəsi barədə 2021-ci ilin dekabr ayında faktlar dərc olunub.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Həmin faktları təqdim edirik:
ŞİRKƏTLƏR:
1. “Bol süfrə” MMC (2010-cu ildə Bakı şəhəri, Nəsimi rayonu, Abbas Səhhət küçəsi, ev 73 ünvanında hüquqi qeydiyyatdan keçib)
2. “Babylon-GROUP” MMC (2012-ci ildən Səbail rayonu, Böyük Qala küçəsi, ev 39, m. 7/8 ünvanında  hüquqi qeydiyyatdadır)
3. “Babylon Agro” MMC
4. “BT Project” MMC (2014-cü ildə Səbail rayonu, Böyük Qala küçəsi, ev 39, m. 7/8 ünvanında  hüquqi qeydiyyata alınıb).
5. “Api Delta Group” MMC (2013-cü ildə Qax rayonu, Ləkit kəndində hüquqi qeydiyyata alınıb).
TƏSƏRRÜFAT VƏ OBYEKTLƏR
1. Bakınən Zirə qəsəbəsində 4.4 hektarlıq əsasən pomidor yetişdirilən istixana (“Bol süfrə” MMC);
2. Qax rayonunda 2000 arı ailəsindən ibarət arıçılıq təsərrüfarı bal evi (“Api Delta Group”);
3. Şurabad qəsəbəsində 30 hektardan artıq sahədə süni göllərdən ibarət nərə və sazan balığı ferması  (“Babylon Agro”);
4. Sultanahmet Köftecisi – Səbail rayonu, Əbdülkərim Əlizadə küçəsi 16 (“Babylon Group”);
5. Sultanahmet Köftecisi Metropark – 7-ci mərtəbə  (“Babylon Group”);
6.  Sultanahmet Köftecisi Park Bulvar – 3-cü mərtəbə (“Babylon Group”);
7. “Babylon Group” eyniadlı köftəxanaları Batumidə, Qazaxıstan və Rusiyada da açmaq üçün brend sahibi olan GATE 25 restoranı ailəsi ilə razılıq əldə edib.
8. “Babylon Group” həmçinin Caspian Business Mərkəzində və Kaspi Litseyində katering xidməti göstərir.
9. Xocalı prospektində, “Dəmirçi Tower”in 25-cı mərtəbəsində fəaliyyət göstərən GATE 25 bar-restoranı (“BT Project” MMC).
10. Bakının “Torqovıy” kimi tanınan ərazisində, Rəsulzadə küçəsində fəaliyyət göstərən Tarhun restoranı (“Babylon Group”).
11. Tarhun (Metropark) adı ilə daha bir restoran Təbriz küçəsindədir.
12. Nazir müavininin oğlu nizamnamə kapitalı 11688495.00 AZN, illik dövriyyəsi 4 milyon dollar aşan “Technoil” şirkətinin həmtəsisçisidir. “Technoil”in Sumqayıtda, Sülh küçəsində yerləşən müəssisəsi mühərrik və sənaye yağları istehsal edir.
13. Elvin Hacıyev özünü film industriyasında da sınamağa çalışıb. “Sudan”, “3 Otaq”, “T of Generation”, “Zərdüşt belə deyərdi” kimi qısa metrajlı film ve serialları hazırlayan Babylon Film (ABŞ-də yaşayan rejissor Orxan Ata ve “Babylon Invest” tərəfindən yaradılıb).
Elvin Hacıyev bir dəfə müsahibəsində bildirib ki, restoran biznesi onun öz təşəbbüsü ilə formalaşıb, ancaq “Babylon Agro” və “Technol” ailəsindən gələn layihələrdir. Yəni bu biznes birbaşa Fövqəladə Hallar nazirinin müavini Orucəli Hacıyev aiddir.

TEMPİNFO
  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37