Nazir müavininin həbsdən çıxan bacısı oğluna yüksək vəzifə verildi

Nazir müavininin həbsdən çıxan bacısı oğluna yüksək vəzifə verildi

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Stomatoloji Klinikasına yeni direktor təyin olunub.

TEMPİNFO iqtisadiyyat.az-a istinadən xəbər verir ki, müvafiq əmrlə bu vəzifəyə İmran Ağayev təyinat alıb.

O, bundan əvvəl klinikada baş həkim vəzifəsində çalışıb.

Yeni rəhbəri kollektivə ATU-nun rektoru, professor Gəray Gəraybəyli təqdim edib.

Qeyd edək ki, İ.Ağayev fövqəladə hallar nazirinin müavini general-leytenant Faiq Tağızadənin bacısı oğludur. O, daha əvvəllər Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin Modul Tipli Hospitalının baş həkimi vəzifəsində çalışıb. O, 2021-ci ildə rüşvət almaqda ittiham olunaraq həbs edilib və 2023-cü ildə azadlığa buraxılıb.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37