Kamaləddin Heydərov sabiq mühafizəçisinə yeni vəzifə verdi

Kamaləddin Heydərov sabiq mühafizəçisinə yeni vəzifə verdi

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinə yeni rəis müavini təyin edilib.

TEMPİNFO Qaynarinfo-ya istinadən xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə Elsəvər Quliyev xidmətin şəxsi heyət üzrə rəis müavini təyin edilib.

Uzun müddət Kəmaləddin Heydərovun mühafizəsinin təşkilində çalışan Elsəvər Quliyev bundan əvvəl Xüsusi Riskli Xilasetmə Xidmətində rəis müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, Elsəvər Quliyev 1981-ci ilin 19 iyununda Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Çeşməbasar kəndində anadan olub. Bakı Dövlət Universitetini bitirib.
Xatırladaq ki, bir neçə gün əvvəl tibb xidməti polkovnik-leytenantı Vəfa Dadaşova Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin rəisi təyin edilib.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37