Nazirlər yaxın vaxtlarda Türkiyədə görüşəcəklər

Nazirlər yaxın vaxtlarda Türkiyədə görüşəcəklər

Xarici işlər nazirlərinin “3+3” formatında növbəti görüşü yaxın vaxtlarda Türkiyədə keçiriləcək. 

Bu barədə İranın Ermənistandakı səfiri Mehdi Sobhani bildirib.

O, platformada iştirak edən xarici işlər nazirlərinin sonuncu iclasının Tehranda keçirildiyini xatırladıb.

Xatırladaq ki, “3+3” qrupunun (əslində, Gürcüstan hələ də platformanın işində iştirak etmədiyi üçün “beşlik”) ilk iclası 2021-ci ilin dekabrında Moskvada beş ölkənin – Azərbaycan, Türkiyə, Ermənistan, Rusiya və İranın nazir müavinləri səviyyəsində keçirilib. Beş ölkənin nazirlərinin iştirakı ilə daha bir görüş 2023-cü ilin oktyabrında İranda keçirilib. Növbəti görüş 2024-cü ildə Türkiyədə baş tutacaq. /unikal.az

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37