Nazirlik istəyir ki, pensiya, yardım alanlar azalsın – Qüdrət Həsənquliyev
- MANŞETSİYASƏTSON XƏBƏR
- 24.05.2024 15:47
“Burada ən böyük təhlükəli məqamlardan biri ondan ibarətdir ki, həm də hərbçilərlə bağlı çox ədalətsiz müddəa daxil edilib. Deməli, hərbçilər 25 il hərbi xidmət keçdikdə, yaxud 30 il iş stajına malik odluqda, onun 15 ilini hərbçi kimi xidmət elədikdə onlar pensiya çıxırdılar, yəni ehtiyata buraxılırdılar. Sonradan dövlətin ehtiyacları varsa, onlar işləyirdilərsə, həm pensiya alırdılar, həm də dövlət onlara gördüyü işə görə əməkhaqqı verirdi. Amma indi deyirik ki, onlar ehtiyata buraxıldığı andan, yəni o işini davam etdirirsə, deməli, pensiya almaq hüququndan onu məhrum edirik. Bu nə dərəcədə doğrudur?
TEMPİNFO xəbər verir ki, bunu deputat Qüdrət Həsənquliyev parlamentdə “Əmək pensiyaları haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
“İnsan 25 il xidmət edib, pensiya fonduna pul ödəyib və öz pulunu geri alıb. Dövlət ona o pulu vermir ki, Sığorta Fonduna özü həmin vəsaiti ödəyib. Ona görə onları bundan məhrum etmək hesab edirəm ki, düzgün deyil. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yeni rəhbərliyi çalışır ki, az adam pensiya, ünvanlı sosial yardım alsın, pensiyaların məbləği azalsın”, – o deyib.