Nazirlik yardım məbləğini azaldıb

Nazirlik yardım məbləğini azaldıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində olan Sosial Xidmətlər Agentliyinin 2023-cü il üzrə sosial xidmət və maddi yardım xərcləri 7 mln 678 min manat olub.

TEMPİNFO-nun məlumatına görə, bu, 2022-ci ilin yekunu ilə müqayisədə 2 mln 784 min manat və ya 26,6% azaldılıb.

Agentlik işçi heyəti ilə bağlı məsrəflərini 22,3% artıraraq 38 mln 95 min manat, inzibati və əməliyyat xərclərini 5,9% artıraraq 9 mln 333 min manata çatdırıb.

Əməliyyat xərcləri 57 mln 552 min manat olan qurumun digər əməliyyat gəlirləri 92 min manat təşkil edib və nəticədə, il üzrə xalis zərər 57 mln 460 min manat təşkil edib.

Bu isə 2022-ci il ilə müqayisədə zərərin 8,6% artdığını göstərir.

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37