Nazirliyin qurumu 60 minlik mühafizə xidməti axtarır

Nazirliyin qurumu 60 minlik mühafizə xidməti axtarır

Səhiyyə Nazirliyinin tabeliyində olan qurum mühafizə xidmətlərinin təşkili ilə bağlı müsabiqə elan edib.

TEMPİNFO-nun əldə etdiyi məlumata görə, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi binasının və ərazisinin təhlükəsizliyi ilə bağlı 60 min manat ödəniş qarşılığında müqavilə bağlayacaq.

Belə ki, 2 postun 24 saat, digər 2 postun isə 12 saat mühafizəsi təşkil olunacaq.

Şirkətlə müqavilə müddəti üçün 5 ay nəzərdə tutulub.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37