Neft Emalı Zavoduna cərimə yazılmasının səbəbi açıqlandı

Neft Emalı Zavoduna cərimə yazılmasının səbəbi açıqlandı

Bakı Neft Emalı Zavoduna inzibati protokol yazılıb.

TEMPİNFO-nun xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 538-1.1-ci maddəsinə əsasən tərtib olunub.

Həmin maddədə göstərilir ki, akkreditasiyası məcburi tələb olunan uyğunluğu qiymətləndirən qurumun akkreditasiya olunmadan fəaliyyət göstərməsinə görə vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir.

İş Nizami Rayon Məhkəməsinin hakimi Mətanət Hacıyevanın icraatındadır.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37