Neft Fondu yenidən eyni turizm şirkəti ilə anlaşdı: 37 min manat
- İQTİSADİYYATMANŞETSON XƏBƏR
- 04.07.2024 15:12
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) layihələrin və tədbirlərin təşkili ilə bağlı şirkətlə razılığa gəlib.
TEMPİNFO xəbər verir ki, bununla bağlı olaraq “RR Travel Company” MMC arasında sənəd imzalanıb.
Neft Fondu sözügedən işlərlə bağlı 37 min 800 manat dəyərində müqavilə bağlayıb.
Xatırladaq ki, “RR Travel Company” MMC cari ilin mart ayında da ARDNF tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Şirkən Neft Fondunun sifarişi əsasında əməkdaşlar üçün komandaqurma (teambuilding) və korporativ ünsiyyət tədbirlərinin təşkili xidmətlərini həyata keçirib və qarşılığında 118 min 133 manat alıb.
Məlumat üçün bildirək ki, “RR Travel Company” MMC ARDNF-nin 130 nəfər əməkdaşının 8-9 iyun tarixlərində İsmayıllı rayonuna səfərini təşkil edib və eyni zamanda dekabr ayının 21-də Fond əməkdaşları üçün Yeni il tədbirini təşkil edəcək.
Qeyd edək ki, “RR Travel Company” MMC turizm şirkətidir və əsasən xarici ölkələrə turizm səfərlərinin təşkili üzrə ixtisaslaşıb. “RR Travel Company” MMC “RR Group of Companies” MMC-yə bağlı olduğu bildirilir. Nizamnamə kapitalı 40 manat olan “RR Group of Companies” MMC 2013-cü ildə dövlət qeydiyyatına alınıb. MMC-nin sahibi Qarayev Rafiq Hümbət oğludur.