“Neftçi” baş məşqçisi ilə yollarını ayırdı – RƏSMİ

“Neftçi” baş məşqçisi ilə yollarını ayırdı – RƏSMİ

Azərbaycan Premyer Liqasında mövsümü 5-ci pillədə tamamlayan “Neftçi”də ilk ayrılıq rəsmən baş tutub.

TEMPİNFO-nun xəbərinə görə, komandanın baş məşqçisi Miodraq Bojoviçlə yollar ayrılıb.

Klubun paylaşımında mütəxəssislə müqavilənin uzadılmayacağı bildirilib və ona gələcək karyerasında uğurlar arzulanıb.

Qeyd edək ki, çempionatın son matçında “Neftçi” evində “Sabah”a məğlub olaraq (0:1)” ilk üçlük”dən və avrokuboklardan uzaq qalıb.

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37