“Neftçi”nin yeni şefi məlum – Bəs onu niyə açıqlamırlar?

“Neftçi”nin yeni şefi məlum – Bəs onu niyə açıqlamırlar?

«Neftçi»nin Müşahidə Şurasının (MŞ) yeni sədri Murad Heydərovdur – bilirsiz.

Paytaxt klubu günlər öncə ona tapşırılıb – bunu da bilirsiz.

O, bu postda aprelin 2-də AFFA prezidenti seçilmiş Rövşən Nəcəfi əvəzləyib. «Ağ-qaralar»ın yönətimi hələ də yeni təyinatı açıqlamır.

Klubun azarkeşləri gözlənti içindədir və onlar haqlı olaraq sual verir – Heydərovun iş başına keçməsi niyə rəsmən ictimaiyyətə duyurulmur?

Axı onların budəfəki rəhbərdən gözləntiləri çoxdur. Gözləyirlər ki, o, tezliklə islahatlara başlasın, kadrları dəyişsin, iddialı bir «Neftçi» yaratsın.

O gün uzaq deyil. Lap yaxınlarda, bəlkə də bu gün-sabah xəbər çıxacaq. Əslində, «SOCAR-Balkani»nin icraçı direktoru da «Neftçi»nin birinci şəxsi qismində ortalığa çıxmağa tələsmir.

Necə də olmasa, ölkənin ən yaşlı klubunun taleyini ona tapşırıblar və hamı istəyir ki, «Neftçi» üzləşdiyi böhranlı durumdan qısa müddətdə qurtulsun.

Sadəcə və sadəcə… Bir müddət öncə başlayan təhvil-təslim prosesi bu dəqiqəyə kimi davam etməkdədir.

Heydərov klubu «0»dan təhvil almaq fikrindədir və bundan irəli gələn məsələlərin tam dəqiqləşdirilməsinə dair göstəriş verib.

Yəni, bilmək istəyir ki, ona kimi «Neftçi»də nə olub, nə olmayıb, kim kimdir, kimin adamıdır, hansı «kanal»la vəzifəyə gəlib.

Həmçinin öyrənmək istəyir ki, büdcə hara və necə xərclənib, borc varmı, yoxmu – bax, Murad bəyi düşündürən suallar çoxdur.(sportinfo.az)

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37