“Neftçi”yə yazığım gəlir”

“Neftçi”yə yazığım gəlir”

“Allaha and olsun ki, “Neftçi” futbol klubuna yazığım gəlir. Rebrendinq işi görən agentliyin açıqlamasını oxuyanda adam dəli olur. Bir anlıq eyforiyaya qapılıb düz danışdığını düşünürsən, amma “Endorphin”nin etdiyi bütün işlər hamısı “şəxsi tanışlıq” üzərinə qurulub”.

TEMPİNFO xəbər verir ki, bu sözləri marketinq mütəxəssisi Samir Əfəndi sosial media hesabında yazıb.

“Özləri də bilirlər. Sadəcə, danışırlar da, tender-mender… Aysu İbrahimli, deyəsən, “Neftçi”dən AFFA-ya keçdi. Sentyabrın 18-də “Neftçi”də çalışırdı. Təsadüfə bax, daha əvvəllər “Endorphin”də çalışıb. İndi sual verirəm, “xirtdəyinə kimi çirkab içində boğulan” kimdir?!”, – deyə mütəxəssis loqo müzakirələri fonunda bildirib.

Qeyd edək ki, “Neftçi” klubunun yeni loqosunu ərsəyə gətirən “Endorphin” şirkətinin icraçı direktoru Fərhad Şabanov bununla bağlı açıqlama verib.

O, “ağ-qaralar”ın yeni emblemi ilə bağlı layihəni tenderdə qazandıqlarını bildirib:

“Bütün gün başqlarının qazandığı pulları müzakirə edən cəmiyyətdə “Neftçi” brendinqinin büdcəsi haqda danışılması çox normaldır. Bu layihə “Endorphin” agentliyinin ən çox pul qazandığı brendinq işi deyil. Bu işi biz öz zəhmətimizlə, yanaşmamızla tenderdə udmuşuq. Tender ilə bağlı ilk “mail”i ötən il sentyabrın 18-i almışıq. Digər məlumatları qarşı tərəfdən almaq daha düzgündür.

“Xirtdəyinə kimi çirkab içində boğulanlar”, tapşırıqsız tender udmağın nə olduğunu bilməyənlər üçün maraqlı mövzudur.

Hər şeydən daha önəmli olan bir məsələ var. Bu, tarixi bir andır. Ölkənin ən böyük futbol klubunun brendinq işi. Bu tarixin bir parçası olmaq qürur və həzz verir. Yaşasın yaradıcılıq, yaşasın “Endorphin” komandası!”.

Xatırladaq ki, “Neftçi”nin yeni loqosunun 100 min manata başa gəldiyi barədə iddialar var. Bu səbəbdən son günlər mövzu ətrafında müzakirələr gedir.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37