Neftimiz yenə ucuzlaşdı

Neftimiz yenə ucuzlaşdı

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

TEMPİNFO xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 3,79 ABŞ dolları və ya 4,95% azalaraq 72,84 ABŞ dollarına bərabər olub.

Qeyd edək ki, Azərbaycan neftinin öncəki qiyməti 76,63 dollar təşkil edib.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları təşkil edib.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37