Nəşi tapılan əsgərimiz Ceyhun Hüseynovun haqda maraqlı faktlar – FOTOLAR

Nəşi tapılan əsgərimiz Ceyhun Hüseynovun haqda maraqlı faktlar – FOTOLAR

İyunun 9-da naməlum şəraitdə itkin düşmüş Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Hüseynov Ceyhun Tofiq oğlunun nəşi tapılıb.

TEMPİNFO xəbər verir ki, Ceyhun Hüseynov hərbi xidmətə qədər Azərbaycan, İsrail və Yaponiya təhsil müəssisələrində təhsil alıb.

Bundan əlavə, əslən Ordubaddan olan C.Hüseynov Azərbaycan Diplomatik Akademiyasının (ADA) tələbəsi olub.

Bildirilir ki, o, universitetə yüksək balla daxil olub və qırmızı diplomla bitirib. Mərhum magistratura təhsilini isə Çində alıb.

Xatırladaq ki, C.Hüseynovun nəşi bu gün səhər saatlarında Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində aşkar edilərək şəxsiyyəti müəyyən edilib.

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37