Netanyahu Baydenlə danışdı

Netanyahu Baydenlə danışdı

İsrailin Baş naziri Benyamin Netanyahu ilə ABŞ Prezidenti Co Bayden arasında telefon danışığı olub.

TEMPİNFO xəbər verir ki, bu barədə İsrail hökumətinin başçısının ofisi məlumat yayıb.

“Baş nazir Benyamin Netanyahu ABŞ Prezidenti Co Baydenlə danışıb”, – deyə məlumatda bildirilir.

Qeyd edək ki, çərşənbə günü İsrail telekanalı Netanyahunun təxminən 50 gündür Baydenlə əlaqə saxlamadığını açıqlayıb. Qeyd olunub ki, İsrail Baş naziri 10 günə yaxındır ki, Amerika liderindən zəng gözləyirmiş.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37