Novak Cokoviç olimpiya çempionu oldu

Novak Cokoviç olimpiya çempionu oldu

Paris-2024 Yay olimpiya Oyunlarında tennis üzrə kişilərin fərdi yarışlarında serbiyalı Novak Cokoviç olimpiya çempionu adını qazanıb.

TEMPİNFO xəbər verir ki, serbiyalı məşhur tennisçi finalda ispaniyalı Karlos Alkarasla qarşılaşıb.

“Böyük Dəbilqə” yarışlarının 24 qat qalibi və qələbə sayına görə rekordçusu olan Cokoviç rəqibini hər iki setdə 7:6 hesabı ilə məğlub edərək olimpiya çempionu olub.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37