Nura məşhurları bir araya yığıb klip çəkdirdi – Video

Nura məşhurları bir araya yığıb klip çəkdirdi – Video

Müğənni Nura Suri yeni layihəsi üçün məşhurları bir araya toplayıb.

TEMPİNFO xəbər verir ki, ifaçı “Mənim xətrimə” adlı mahnısı üçün obyektiv qarşısına keçib. Onun tərəf müqabilləri aparıcı Samir Bayramlı, müğənnilər Dilarə Kazımova, Samirə Əfəndi, aktrisa Pərvin Abıyeva və bloger Nagehan Abdullayeva olub.

Sözləri Tofiq Sədrəddin, musiqisi Fərid Aqaya məxsus mahnını rejissor Xəyal Səlimov ekranlaşdırıb. Klip üçün Nura Suri iki obraza bürünüb.

Layihə üzərində 20 nəfərdən ibarət komanda çalışıb. (axşam.az)

 

TEMPİNFO

 

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37