Nyuşa Biankanın tərzində
- MAQAZİNSON XƏBƏR
- 08.08.2024 13:32
Rusiyalı pop ulduz Nyuşa (Anna Vladimirovna Şuroçkina) dünyaca məşhur repçi Kanye Uestin həyat yoldaşı Bianca Sensorinin qalmaqallı, açıq-saçıq tərzdə fotosessiya etdirib.
OLAY yazır ki, sənətçi büstqaltersiz, başında böyük ölçülü papaqla obyektiv qarşısına keçərək, cazibədar pozlar verib.
Nyuşa sözügedən fotosessiyasından yer alan şəkillərini sosial şəbəkə hesabında yayımlayıb.
İzləyicilər ulduzun bu fotolarını birmənalı qarşılamayıb, tənqid ediblər.
Qeyd edək ki, Nyuşa iki uşağı olan əri İqor Sivovdan boşanır. İyulun əvvəlində məhkəmə 33 yaşlı Nyuşa və 44 yaşlı İqor Sivova barışmaq üçün bir ay vaxt verib, lakin sonra hər ikisi məhkəməyə ailəni xilas etməyi planlaşdırmadıqlarını bildiriblər. Onlar həmçinin övladlarının, beş yaşlı Serafima-Simba və dörd yaşlı Safranın kiminlə yaşayacağına qərar verməlidirlər.
Nyuşa və İqor Sivov 2013-cü ildə görüşməyə başlayıb, iş adamı o vaxt hələ evli olub. 2017-ci ildə İqor Sivov boşandıqdan sonra Nyuşa ilə evləndi. O ikinci övladını gözləyərkən Sivov onu aldadıb. Müğənni isə bu hadisə də özünü günahlandırıb.
Bununla belə, Nyuşanın pərəstişkarları qeyd edirlər ki, boşanmanın ona daha çox faydası var: ulduz, imicini dəyişib və musiqi fəaliyyətini bərpa etmək üzərində işləyir.