Oktyabrın 5-6-sı ilə bağlı əhaliyə xəbərdarlıq
- ÖLKƏSON XƏBƏR
- 04.10.2024 19:45
Günəşdə aktiv oblastlarda baş verən güclü alışmalar hesabına oktyabrın 5-6-da Yerdə güclü geomaqnit qasırğası baş verəcək.
Bakı Dövlət Universitetinin Astrofizika kafedrasından TEMPİNFO-ya verilən xəbərə görə, Günəş aktivliyinin artması hesabına M sinif (R1-R2-minor-radiodalğaların yayılmasını zəif əngəlləyə bilən) alışmaların, eyni zamanda, X(R3-güclü) alışmaların olacağı proqnozlaşdırılır. Bu gün saat 12 radələrindən başlayaraq 6 oktyabr da daxil olmaqla Yerin geoomaqnit sahəsində qasırğalar müşahidə olunacaq. Oktyabrın 5-6-da geomaqnit qasırğalar G3 (güclü) səviyyədə baş verəcək. Oktyabrın 6-dan etibarən geomaqnit qasırğasının zəifləyəcəyi, fon səviyyəsinə düşəcəyi proqnozlaşdırılır.
TEMPİNFO