Ölkəyə qanunsuz yolla qızıl gətirmək istədi, yaxalandı

Ölkəyə qanunsuz yolla qızıl gətirmək istədi, yaxalandı

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən qızıl-zinət əşyalarının gömrük orqanına bəyan edilmədən ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən Modern.az-a bildirib ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı gömrük zonasını tərk edərkən “Qırmızı kanala” yönləndirilib.

Gömrük nəzarəti zamanı həmin şəxsin gödəkçəsinin cibindən gömrük orqanına bəyan edilməyən 256 qram qızıl-zinət əşyaları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37