Ölüm niyə cavanlaşıb? – Həkim aydınlıq gətirdi
- SAĞLAMLIQSON XƏBƏR
- 08.08.2024 23:00
Son zamanlar ölənlərin sayında kəskin artım müşahidə olunur. Amma diqqət çəkən digər məsələ isə ölənlərin gənc yaşlı şəxslərin olmasıdır. Ölüm gəncləşibmi? Statistikaya nəzər salsaq, 15-20-30 yaşlı şəxslərin ölümünü tez-tez görə bilərik. Bəs bu nə ilə əlaqədardır?
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən professor Adil Qeybulla deyib ki, ölüm hallarının cavanlaşması bir neçə amilə bağlıdır:
“Bunlardan biri ekoloji amillərdir. Yəni havanın, suyun, qidanın sonra torpağın ekoloji çirklənməsi əlbəttə ki, insanların həyatında öz əksini göstərir. tapır. Qidaların içərisində süni qidaların, onları saxlamaq üçün lazım olan qida əlavələrinin orqanizmə təsiri də elə təsirsiz deyil. Yəni orqanizmə təsirsiz ötüşmür və orqanizmdə sərbəst radikallar dediyimiz xüsusi maddələrin, hansılar ki, hüceyrələri mutasiya uğradır, hansılar ki, sonda xərçəng transformasiyasına gətirib çıxarır. İnsanlar qida mədəniyyətinə ciddi fikir verməlidilər, az qidalanmalıdırlar çox hərəkət etməlidirlər. Son vaxtlar az hərəkətlilik, tənbəllik, sonra siqaret çəkmə, alkoqoldan, aşırı istifadə və s. bu çox geniş yayılıb. Bu da erkən ölümə səbəb olan başlıca amillərdəndir.
Gənclərin çox qida qəbul etməsi, xolesterin artıqlığı, artıq çəki, damarların daralması, ürək, damar xəstəlikləri, insulin ölüm hallarını “gəncləşdirir”. Bu gün xeyli cavan şəxslərdə ürəkdə stend, açıq əməliyyatlar aparılır ki, bunlar əvvəllər yox idi. Əlbəttə, bu hadisələr ömrü qısaldır”.