Onlar yenidən görüşəcək

Onlar yenidən görüşəcək

Noyabrda Ermənistan parlamentinin spikeri Alen Simonyan və Azərbaycanın VI çağırış parlamentinin spikeri olmuş Sahibə Qafarova arasında növbəti görüşün keçirilməsi planlaşdırılır.

TEMPİNFO “NEWS.am”a istinadən xəbər verir ki, bu barədə məlumatı Simonyanın köməkçisi Movses Arutyunyan açıqlayıb.

Görüşün Cenevrədə keçiriləcəyi bildirilib.

Xatırladaq ki, tərəflər arasında sonuncu görüş mayın 16-da Cenevrədə baş tutub.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37