Onlara da şəhid statusu verilsin – TƏKLİF

Onlara da şəhid statusu verilsin – TƏKLİF

Azərbaycanda minatəmizləmə prosesi zamanı həlak olan şəxslərə şəhid statusunun verilməsi təklif edilir.

TEMPİNFO xəbər verir ki, bu təkliflə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini Bəhruz Məmmədov parlamentdə çıxış edib.

O qeyd edib ki, Vətən müharibəsindən sonra ilk dəfə ANAMA əməkdaşı Xankəndidə tapılan tələ minasının paliqonda partlaması nəticəsində həyatını itirib: “ANAMA olaraq minatəmizləmə prosesi zamanı həyatını itirən əməkdaşlarımıza şəhid statusunun verilməsini təklif edirik”.

B.Məmmədov xatırladıb ki, azad edilən ərazilərdə demək olar mina ilə çirkləndirilməmiş ərazi yoxdur: “Həmin ərazilərdə təxminən 1 milyon 167 min hektar minalarla çirklənib. Həmin ərazilərin 14.2 faizi minalardan təmizlənib. Hazırda təhlükəli ərazi dediyimiz bölgələrin ümumi sahəsi 1 milyon hektardan çoxdur. Bir çox ərazilərdə mina olmasa da, bu tip sursatlar var. Ümumilikdə, keçmiş təmas xətti boyunca yüksək dərəcədə minalarla çirklənmiş ərazilərin sahəsi 250 min hektara yaxındır”.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev isə ANAMA rəsmisinin təklifi ilə bağlı bildirib ki, bu məsələ layihənin plenar iclasda müzakirəsi zamanı qaldırıla bilər.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37