“Onu deyən 1949-cu ildə ölənlərin yanına döşənsin”

“Onu deyən 1949-cu ildə ölənlərin yanına döşənsin”

Xalq artisti Fatma Mahmudova yaşı ilə bağlı yayılan yanlış məlumatlardan danışıb.

OLAY yazır ki, bu barədə sənətçi “Elgizlə izlə” proqramında açıqlama verib. Aktrisa deyib ki, 1949-cu ildən olduğu deyilsə də, belə deyil:

“Mənim anam 1938-ci ildəndir. Burada yaş müzakirəsi gedir? Onu deyən 1949-cu ildə ölənlərin yanına döşənsin. Nəyinə lazımdır, neçənci ildənəm? Mən uşağam, 15 yaşım var. Mənə dəyən zərbələr hansısa insana dəysəydi, onlar adlarını da unudardılar. Mən 1991-ci ildə ermənilər tərəfindən bomba qoyulan avtobusdan salamat çıxmışam. İllərlə ağır vəziyyətdə olmuşam, huşumu itirmişəm. Bu, mənim ikinci həyatımdır. Allah gərək insanı sevsin. Gəlmişəm, tamaşaçıya Fatma Mahmudova kimi təqdim edəsiniz, yoxsa, yaşımı müzakirə edəsiniz. Sənətkarın yaşı olmur. Mən fəhlə aktrisayam. Zəhmətkeşəm. Ömür boyu heç vaxt evdə oturmamışam ki, kimsə bazarlıq edib gətirsin və sairə. Həm evimin xanımı, qulluqçusu olmuşam, həm də sənətkar olmuşam. Bu gün özümə sənətkar deyirəm, çünki buna layiqəm”.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37