“Onu “moşennik” kimi tanıyırdım” – Rövşənin qonşusu DANIŞDI – VİDEO

“Onu “moşennik” kimi tanıyırdım” – Rövşənin qonşusu DANIŞDI – VİDEO

“Onu “moşennik” kimi tanıyırdım, özünü elə aparırdı ki, guya vacib adamdır”.

TEMPİNFO xəbər verir ki, bu sözləri iyunun 24-də paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsində üç polis əməkdaşının və bir mülki şəxsin həyatına son qoymuş Allahverdiyev Rövşən Oqtay oğlunun qonşusu baku.tv-yə deyib.

Xatırladaq ki, paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsində əvvəllər dəfələrlə məhkum olunmuş, hazırda axtarışda olan 1986-cı il təvəllüdlü Allahverdiyev Rövşən Oqtay oğlu polis əməkdaşları tərəfindən iyunun 24-də saxlanılarkən silahlı müqavimət göstərilib. Həmin şəxs 3 polis əməkdaşını və 1 mülki vətəndaşın həyatına son qoyub.

Onlar polis kapitanı Eldəniz Məmmədov, polis serjantları Mahir Ağayev və Mirəli Heydərovdur. Vəfat edən serjantlar DİN-in Çevik Polis Alayının əməkdaşları olub.

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37