Onun siyasətə qayıtması İranın təsirini sarsıda bilər

Onun siyasətə qayıtması İranın təsirini sarsıda bilər

İraq şiələrinin nüfuzlu lideri Müqtəda əs-Sədrin böyük siyasətə qayıdışı İranın İraqdakı nüfuzunu və ölkədəki sabitliyi poza bilər.

TEMPİNFO xəbər verir ki, bu barədə geniş auditoriyaya qapalı olan Moskva Yaxın Şərq İnstitutu yazır.

Qeyd olunur ki, əs-Sədr dolayı yolla siyasi rəqiblərini, iranpərəst şiələrin liderlərini “vətənpərvər olmayan və Tehrana bağlı” adlandırır. İraq şiələrinin liderinin yuxarıda adı çəkilən iranpərəst şiələri istisna olmaqla, hakim koalisiya yaratmaq üçün təkrar cəhdlərini gözləyən Əs-Sədr tərəfdarları keçmiş parlament üzvü deyib: “Bu dəfə hərəkatın daha ciddi planları var – çoxluq hökuməti yaratmaq məqsədi ilə daha çox yer qazanmaq”.

Müqtəda əs-Sədr 2003-cü ildə Amerikanın İraqı işğalından sonra geniş populyarlıq qazanıb. O vaxtdan bəri o, ardıcıl olaraq, həm Amerikanın mövcudluğuna, həm də İranın İraqın daxili işlərinə müdaxiləsinə qarşı çıxıb. 2018-ci ildən onun rəhbərlik etdiyi dini-siyasi hərəkat İraq parlamentində ən nüfuzlu qüvvələrdən biridir. Lakin İranyönlü şiə siyasətçilərin müqaviməti səbəbindən islahatlar kursunu həyata keçirə bilməyən əs-Sədr 2022-ci ilin iyununda tərəfdarlarını parlamentdən geri çəkdi və avqustda siyasətdən getdiyini elan edib.

O bu il martın 18-də şiələrin müqəddəs Nəcəf şəhərində İraq şiələrinin ruhani lideri Ayətullah Əli Sistanini ziyarət edib. Onların söhbətinin məzmunu ilə bağlı rəsmi açıqlama verilməyib, lakin İraq mənbələri Sistaninin Sədrə İraq siyasətinə qayıtması üçün yaşıl işıq yandırdığını bildirib.

Aprelin 11-də Müqtəda Sədr rəhbərlik etdiyi siyasi partiyanın “Sədr Hərəkatı” adının dəyişdirilərək “Şiə Milli Hərəkatı” olduğunu elan edib. Səbəb isə Sədrin tezliklə siyasi səhnəyə qayıtmasıdır.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37