“Optimal Elektronika” vəzifəli şəxslərin tələblərini yerinə yetirməyib

“Optimal Elektronika” vəzifəli şəxslərin tələblərini yerinə yetirməyib

“Optimal Elektronika” MMC-yə inzibati protokol yazılıb.

TEMPİNFO.AZ-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 544.2-ci (İstehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə yetirməməyə görə dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

İş Yasamal Rayon Məhkəməsinin hakimi Sevinc Quliyevanın icraatındadır.

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37