“Övladımın olmasını Allah mənə göstərməsin, başına daş düşsün”

“Övladımın olmasını Allah mənə göstərməsin, başına daş düşsün”

Müğənni Niyam Salami qonaq olduğu verilişlərdən birində çıxışı ilə diqqət çəkib.

TEMPİNFO xəbər verir ki, o, “İndi mənim 47 yaşım var. Övladın başına daş düşsün” – deyib. Müğənninin bu sözlərindən sonra mikrofonu səs rejissoru tərəfindən söndürülüb.

Daha sonra sənətçi çıxışına belə davam edib: “Övladımın olmasını Allah mənə göstərməsin. O uşaq “lya-lya” edib böyüyür və böyüyəndən sonra başına elə oyun açır ki, o zaman insanın ağlı başından gedir. Mən o məsuliyyətin altına girə bilmərəm. Mənim üçün övlad “atam” deməkdir. Onu böyüdəcəyəmsə “atam” kimi bir insan böyütməliyəm. Əgər mən atam kimi ata olmayacağamsa mən yalançı atalığı neynirəm?! Çünki indiki yediyimiz yeməkdən və utduğumuz havadan sonra baş “gedir”.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37