Oxu.Az-ın 11 yaşı oldu

Oxu.Az-ın 11 yaşı oldu

Bu gün Oxu.Az xəbər saytı 11 yaşını qeyd edir. Sayt 2013-cü il iyulun 1-də fəaliyyətə başlayıb.

Bu gün Oxu.Az ölkənin ən böyük media ailəsinin – “Global Media Group” media holdinqinin tərkibində fəaliyyət göstərir.

Fasiləsiz işləyən saytda onlarla işçi çalışır. Sayt hər gün yüzlərlə xəbəri iki dildə – Azərbaycan və rus dillərində dərc edir. Oxu.Az kollektivi təkcə ölkəmizdə deyil, bütün dünyada baş verən ən son xəbərləri operativ şəkildə oxuculara çatdırmaq üçün gecə-gündüz çalışır.

Ötən illər ərzində Oxu.Az Azərbaycanda ən çox oxunan informasiya resursu olub və komandamız bu tendensiyanın dəyişməz qalması üçün hər şeyi edəcək.

TEMPİNFO həmkarlarımızı əlamətdar tarix münasibətilə təbrik edir!

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37