Özəl sektorda maaşlar bu qədər artacaq – Açıqlama
- İQTİSADİYYATSON XƏBƏR
- 07.10.2024 16:55
Məlum olduğu kimi, Prezident İlham Əliyevin göstərişinə uyğun olaraq, gələn ildən minimum əmək haqqı yenidən artırılacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təklifləri noyabrın 1-dək təqdim edəcəyi gözlənilir.
Hazırda suallardan biri də özəl sektorda maaş artımlarının olub-olmaması ilə bağlıdır.
Görəsən, minimum əmək haqqındakı artım mülkiyyət növündən asılı olmayaraq, bütün sektorlarda minimum maaş alan işçilərin hamısını əhatə edəcək?
TEMPİNFO xəbər verir ki, məsələ ilə bağlı Bakupost.az -a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, minimum əmək haqqının hansı formada və nə qədər artacağı ilə bağlı hələ ki, dəqiq məlumat yoxdur. Amma çox güman ki, yaxın günlərdə bununla bağlı rəsmi məlumatlar olacaq:
“Mənim fikrimcə, minimum əməkhaqqının təqribən 10 faiz civarında artımı ola bilər. O ki, qaldı özəl sektorda maaş artımı məsələsinə, щкфвф dövlətin əmək haqqı təyin etmək hüququ yoxdur. Necə təyin etsin ki? Özəl sektorun borcudur ki, işçiyə minimum əməkhaqqından aşağı maaş verməsin. Bu, qadağandır. Yəni heç bir sektorda minimum əmək haqqı məbləğindan aşağı maaş ödənilə bilməz. Sadəcə, artımlar özəl sektorda hazırda minimum maaşalanlara şamil olunacaq. Məsələn, əgər vətəndaş özəl sektorda çalışıb 345 manat maaş alırsa, minimum əmək haqqındakı artım ona şamil olunacaq. Minimum əmək haqqında nə qədər artım olacaqsa, onun maaşı ən azı o qədər artmalıdır. Başqa cür mümkün deyil. Çünki dövlətшт özəl sektora başqa cür təsir etmək imkanı yoxdur”.
TEMPİNFO