Özünü TV rəhbəri kimi təqdim edən şəxs – Həbs edildi
- HADİSƏSON XƏBƏR
- 02.10.2024 18:35
Tovuz rayonunda ayrı-ayrı şəxsləri şantaj edən şəxs rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
“Qafqazinfo” xəbər verir ki, özünü “İnkişaf TV”nin təsisçi və baş direktoru kimi təqdim edən Nahid Babayev barəsində daxil olan şikayətlər üzrə araşdırma aparılıb.
O, barələrində neqativ məlumatları “İnkişaf TV”nin sosial kanal və platformalarında yayacağı hədəsi ilə ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul tələb edib.
Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq N.Babayev barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
TEMPİNFO