“Pafos ətimi tökür, Qarabağ haqqında roman lazımdırsa, 100 min qonorarımı verin”

“Pafos ətimi tökür, Qarabağ haqqında roman lazımdırsa, 100 min qonorarımı verin”

Adamlarımızın pafoslu cümlələri ətimi tökür. Dünən status yazmışam ki, Qarabağ haqqında roman lazımdırsa, 100 min manat qonorarımı verin, neçə ay iş-gücümü atım bir qırağa, sanballı roman yazım. Uşaq oyuncağı deyil. Roman üçün aylar lazımdır. Günlərlə oturmalısan, araşdırmalısan… Necə olur ki, müğənniyə, bəstəkara, heykəltaraşa, rejissora pulsuz iş gördürə bilmirsiniz, amma istəyirsiniz ki, yazıçı pulsuz iş görsün?!

TEMPİNFO xəbər verir ki, bu sözləri yazıçı Ulucay Akif videomüraciəti zamanı deyib.

O sual edib ki, digər şəxslərin şəhidlərə, ailələrinə, qazilərə borcu yoxdurmu: “Əgər borcluyuqsa, deməli, hamımız borcluyuq. Mən hamınızı yığıram, aparıram Qarabağa, orada 4-5 ay pulsuz işləyin. İşləyərsiniz? İş-gücünüzü atın, pulsuz ha, havayı… Borcumuz var da… Qaçqınlara, şəhid ailələrinə verilir o evlər. Gedin tikin də… Yaxşı, fəhləlik etmək istəmirsinizsə, gedin 4-5 ay pulsuz xidmət edin, həkimlər! Müəllimlər, mühəndislər Qarabağda pulsuz işləsin. Siz getmirsinizsə, yazıçı niyə pulsuz yazmalıdır?! Bir mebel ustası yazmışdı rəyə, o da şəhid ailələri və qazilər üçün pulsuz mebel yığsın. Özü vətən üçün tükün tərpətmir, camaata sifariş edir ki, borcundur. Bir dəfə yazmışdım: azərbaycanlılar pulu Manaf Ağayevə verir, sifarişi yazıçıya”.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37