Paris-2024: Açılış mərasimindən öncə BOMBA ŞOKU

Paris-2024: Açılış mərasimindən öncə BOMBA ŞOKU

Paris-2024 Yay Olimpiya Oyunlarının açılışına saatlar qalmış Fransada bomba şoku yaşanıb.

TEMPİNFO xəbər verir ki, dördilliyin ən mötəbər yarışının ev sahibinin İsveçrə ilə sərhədindəki Bazel-Myluz Hava Limanında partlayıcı maddə olduğu xəbəri verilib.

Bundan sonra hüquq-mühafizə orqanları hava limanını tamamilə boşaldıblar. Yoxlanışlardan sonra günorta saatlarında aeroport yenidən sərnişinlərin ixtiyarına verilib.

Qeyd edək ki, Paris-2024-ün açılış mərasimi bu gün Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37