Paris-2024 – Azərbaycan basketbolçuları yenə uduzdular

Paris-2024 – Azərbaycan basketbolçuları yenə uduzdular

Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol millisi “Paris-2024” Yay Olimpiya Oyunlarında növbəti oyununu keçirib. 

TEMPİNFO xəbər verir ki, milli komandamız Avstraliya ilə üz-üzə gəlib.

Qarşılaşma rəqib komandanın 21:12 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Azərbaycan millisi daha əvvəl ABŞ-a qalib gəlib, Fransa, İspaniya və Almaniyaya isə məğlub olub.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37