Paris-2024: Azərbaycan bədii gimnastı çıxışlarını başa vurub

Paris-2024: Azərbaycan bədii gimnastı çıxışlarını başa vurub

Azərbaycan bədii gimnastı Zöhrə Ağamirova Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında çıxışlarını başa vurub.

TEMPİNFO xəbər verir ki, 23 yaşlı idmançı sonuncu dəfə gürzlə bacarığını göstərib.

Təmsilçimiz 26.750 xala layiq görülüb. Ümumilikdə 117.850 xal toplayan gimnastımızın yekun sıralamadı neçənci yeri tutacağı təsnifat mərhələsinin yekununda bəlli olacaq.

Qeyd edək ki, ilk “onluğ”a düşən idmançılar final mərhələsinə vəsiqə qazanacaqlar.

Azərbaycanın bədii gimnastı Zöhrə Ağamirova Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında üçüncü dəfə çıxış edib.

TEMPİNFO xəbər verir ki, 23 yaşlı idmançı bu dəfə lentlə bacarığını göstərib.

Təmsilçimiz 28.400 xala layiq görülüb. Z.Ağamirova sonuncu çıxışını gürzlə edəcək.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

Azərbaycanın bədii gimnastı Zöhrə Ağamirova Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti dəfə çıxış edib.

TEMPİNFO xəbər verir ki, 23 yaşlı idmançı bu dəfə halqalarla bacarığını göstərib.

Təmsilçimiz 3.500 xala layiq görülüb. Ağamirova növbəti dəfə lent və gürzlə də bacarığını göstərməyə çalışacaq. O, hələlik 5-ci sıradadır.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

Azərbaycanın bədii gimnastı Zöhrə Ağamirova Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.

TEMPİNFO xəbər verir ki, 23 yaşlı idmançı ilk olaraq topla hərəkətlərdə çıxış edib.

Təmsilçimiz 30.200 xala layiq görülüb. Ağamirova halqa, lent və gürzlə də bacarığını göstərməyə çalışacaq. O, hələlik 7-ci sıradadır.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37