Paris-2024: Azərbaycan idmançılarının NƏTİCƏLƏRİ
- İDMANSON XƏBƏR
- 31.07.2024 10:50
Paris-2024 Yay Olimpiya Oyunları davam edir.
TEMPİNFO xəbər verir ki, bu gün Azərbaycan millisinin daha 8 təmsilçisi – 4 idmançısı və basketbol “dördlüy”ü mübarizəyə qoşulub, iki olimpiyaçımız isə növbəti sınağına çıxıb.
Yığmamız Fransa paytaxtına ümumilikdə 48 idmançı ilə yollanıb. Ölkəmiz 15 növ üzrə 17 proqramda təmsil olunur.
İdmançılarımızdan 22-si artıq Olimpiadaya start verib. Onlardan cüdoçu Hidayət Heydərov (73 kq) Fransa paytaxtında çempion olmaqla Azərbaycan himnini səsləndirib.
Digər milli üzvlərindən 12-si Paris-2024-lə vidalaşıb, 8-i mübarizəsini davam etdirir. İki proqramda çıxış edəcək Ruslan Lunyov isə növbəti sınağı gözləyir.
25 iyul
Yaylagül Ramazanova (kamandan oxatma) – sıralama turunda 39-cu yer, 1/32 finalda iştirak edəcək
27 iyul
Keişa Fatimə Zəhra (badminton) – qrup mərhələsində 1 məğlubiyyət
Leyla Əliyeva (cüdo, 48 kq) – 1/16 finalda məğlubiyyət
Diana Dımçenko (akademik avarçəkmə, 2000 m) – təsnifatda qrupda 3-cü yer, 1/4 finala adlayıb
Ruslan Lunyov (güllə atıcılığı, pnevmatik tapança, 10 m) – təsnifatda 24-cü yer
Balabəy Ağayev (cüdo, 60 kq) – 1/8 finalda məğlubiyyət
28 iyul
Yaşar Nəcəfov (cüdo, 66 kq) – 1/16 finalda məğlubiyyət
Gültac Məmmədəliyeva (cüdo, 52 kq) – 1/16 finalda məğlubiyyət
Alfonso Dominqes (boks, 92 kq) – 1/4 finala yüksəlib
29 iyul
Keişa Fatimə Zəhra (badminton) – qrup mərhələsində 2 məğlubiyyət
Hidayət Heydərov (cüdo, 73 kq) – qızıl medal qazanıb
Anna Başta (qılıncoynatma, sablya) – 1/8 finalda məğlubiyyət
Məhəmməd Abdullayev (boks, +92 kq) – 1/8 finalda məğlubiyyət
Edi Reski Dviçayo (badminton) – qrup mərhələsində 1 qələbə
Malik Həsənov (boks, 63,5 kq) – 1/8 finalda məğlubiyyət
30 iyul
Diana Dımçenko (akademik avarçəkmə, 2000 m) – 1/4 finalda qrupda 4-cü yer, C/D yarımfinalın adlayıb
Zelim Tçkayev (cüdo, 81 kq) – 1/16 finalda məğlubiyyət
Ramil Vəlizadə (üzgüçülük, 200 m, batterflyay) – təsnifat mərhələsində qrupda 2-ci, yekunda 25-ci yer
Nicat Hüseynov (boks, 51 kq) – 1/8 finalda məğlubiyyət
Murad Allahverdiyev (boks, 80 kq) – 1/4 finala yüksəlib
Yaylagül Ramazanova (kamandan oxatma) – 1/16 finalda məğlubiyyət
Qadın basketbolçulardan ibarət 3×3 millisi – 1 məğlubiyyət
Qeyd edək ki, Olimpiadaya avqustun 11-də yekun vurulacaq.
TEMPİNFO