Paris-2024-də ikili standartlar: Onlara olar, Hidayət Heydərova yox? – VİDEO

Paris-2024-də ikili standartlar: Onlara olar, Hidayət Heydərova yox? – VİDEO

Bir çox ekspert dairələri, beynəlxalq ictimaiyyət və siyasətçilər tərəfindən tarixin ən bərbad açılış mərasimi kimi qiymətləndirilən tədbirə səhnə olan Paris-2024 Yay Olimpiya Oyunları hər ötən gün növbəti rüsvayçılıqlarla ön plana çıxır.

TEMPİNFO xəbər verir ki, Yay Olimpiya Oyunları dünyada ən mötəbər idman yarışı kimi xarakterizə edilsə də, idmandan daha çox siyasi məqamlarla xatırlanmağa başlayır.

Qərbdə görməyə adət etdiyimiz ikili standartlar bu gün Olimpiya Oyunlarına da sirayət edib. Belə ki, ötən gün Parisdə fəxri kürsünün ən yüksək pilləsinə çıxmağa haqq qazanan cüdoçumuz Hidayət Heydərova Azərbaycan bayrağı ilə sevinməyə icazə verilmədiyini canlı yayım zamanı hər birimiz gördük. Bu isə Parisdə ilk belə hal deyil. Bundan əvvəl Qazaxıstan komandasının təmsilçisinə qarşı da müvafiq addım atılıb və idmançının qələbə sevincini bayrağı ilə qeyd etməsi “məqbul” sayılmayıb.

Maraqlıdır ki, Paris-2024-də eyni addım digər ölkələrə qarşı atılmır. Məsələn, ABŞ və Yaponiya komandasının idmançılarının Olimpiya Oyunlarında qələbəni öz ölkəsinin bayraqları ilə qeyd etməsinə dair çoxsaylı kadrlar mövcuddur.

Belə olan halda isə Olimpiya Oyunlarının siyasiləşdirilməsi, siyasi maraqların ön plana çıxarılması və təbii ki, ikili standartlar məsələsi ön plana çıxır. Necə olur ki, Yaponiya və ABŞ idmançılarının sahib olduğu hüquqlar müsəlman, türk ölkəsi olan Azərbaycan və Qazaxıstana şamil edilmir?

ORXAN TAĞIYEV

 

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37