Paris-2024: Şəriəti qalib gəlib, Məmmədov uduzub – FOTO – VİDEO
- İDMANSON XƏBƏR
- 05.08.2024 18:07
Paris-2024 Yay Olimpiya Oyunları davam edir.
TEMPİNFO xəbər verir ki, bu gün güləş yarışlarına start veriləcək.
İlk gündə yunan-Roma güləşçiləri xalçaya çıxacaq. Azərbaycan millisinin iki pəhləvanı da Olimpiadada mübarizəyə başlayacaq. Qarşılaşmalara Bakı vaxtı ilə saat 17:00-da start veriləcək.
Yunan-Roma güləşi
60 kq
Murad Məmmədov 1/8 final görüşünə çıxıb. O, Venesuela təmsilçisi Rayber Xose Rodriges Orozko ilə qarşılaşıb və 5:6 hesabı ilə uduzub.
130 kq
Sabah Şəriəti də mübarizəyə 1/8 finaldan başlayıb. Pəhləvanımız estoniyalı Heiki Nabi ilə üz-üzə gəlib. Görüş 1:1 hesabı ilə yekunlaşsa da, Şəriəti sonuncu xal prinsipinə əsasən mərhələ adlayıb. O, 1/4 finalda Alımxan Sızdıkovla güləşəcək.
Qeyd edək ki, Azərbaycan yunan-Roma güləşi yığması Paris-2024-də 5 idmançı ilə təmsil olunur.