Parklanmanın bitməsinə kim qərar verir – sürücü, yoxsa tətbiq?

Parklanmanın bitməsinə kim qərar verir – sürücü, yoxsa tətbiq?

Bakıda sürücü “Azparking” tətbiqindən şikayət edir.

TEMPİNFO xəbər verir ki, bu barədə o, sosial şəbəkədə paylaşım edib.

Vətəndaş bildirib ki, avtomobilini parklanma yerindən götürəndə müddəti sonlandırmaq üçün SMS göndərməsinə baxmayaraq, müddət növbəti saata keçirilib və hesabından pul çıxılması bir müddət davam edib.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanlanıb.

Qurumdan cavab olaraq bildirildi ki, bu kimi hallar baş verdiyi zaman vətəndaşlar çağrı mərkəzi ilə əlaqə saxlamalıdırlar.

“Parklanma ilə bağlı yaranan suallarla bağlı vətəndaşlar “141” çağrı mərkəzi ilə əlaqə saxlamalıdırlar. Araşdırma bitdikdən sonra nəticə barədə vətəndaşa məlumat veriləcək”.

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37