Paşinyan: “Bir ay ərzində Azərbaycanla sülh sazişini imzalamağa hazırıq”
- SİYASƏTSON XƏBƏR
- 12.06.2024 18:14
“Azərbaycanla sülh müqaviləsinin mətnində son ştrixlərə düzəlişlər edilməlidir, bundan sonra sənəd imzalana bilər”.
Bu barədə Ermənistan baş naziri Nikol Paşinyan parlamentdə jurnalistlərə bildirib.
O qeyd edib ki, sülh müqaviləsi layihəsinin mövcud mətni kifayət qədər yetkindir.
“Bir ay ərzində Azərbaycanla sülh sazişini imzalamağa hazırıq”, – deyə o vurğulayıb.
Mənbə: “Sputnik” Ermənistan