Paşinyanın ofisi yaxınlığında atışma, yaralanan var

Paşinyanın ofisi yaxınlığında atışma, yaralanan var

Ermənistan baş naziri Nikol Paşinyanın liderlik etdiyi “Vətəndaş müqaviləsi” Partiyasının ofisi yaxınlığına atışma baş verib.

TEMPİNFO Ölkə.Az-a istinadən xəbər verir ki, “shamshyan.com” saytı məlumat yayıb.

Hadisə iyulun 9-da axşam saatlarında İrəvanda hakim partiyanın binasının yanında baş verib.

Əraziyə polis və patrul xidmətinin əməkdaşları cəlb edilib.

Bir nəfər ağır yaralanıb və həmin şəxs xəstəxanaya yerləşdirilib.

Polis hadisəni törədən şəxsi müəyyən edərək zərərsizləşdirib və onun üzərindəki tapança aşkar edilərək götürülüb.

Araşdırma zamanı bəlli olub ki, hadisəni partiya ofisi yaxınlığındakı məşhur “Pubbar”ın sahibinin 26 yaşlı kişi törədib və nəticədə 27 yaşlı gənc yaralanıb.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37