Pavel Durov: “Telegram” əvvəl də cinayətkarların məlumatlarını müvafiq qurumlara təqdim edib”

Pavel Durov: “Telegram” əvvəl də cinayətkarların məlumatlarını müvafiq qurumlara təqdim edib”

“Telegram” mesencerinin həmtəsisçisi Pavel Durov ötən həftə verdiyi açıqlamaya aydınlıq gətirib.

TEMPİNFO bu barədə Rusiya mətbuatına istinadən xəbər verib.

Xatırladaq ki, o, sentyabrın 23-də verdiyi açıqlamada qeyd etmişdi ki, “Telegram” IP ünvanları və telefon nömrələrini hüquq-mühafizə orqanlarına təqdim edə bilər.

Bu gün isə Pavel Durov ötən həftə verdiyi açıqlamaya yenidən qayıdıb və bildirib ki, şirkət hər zaman, təhlükəli cinayətkarların məlumatlarını, onların telefon nömrələrini və IP ünvanlarını qanunvericiliyin tələblərini nəzərə almaqla müvafiq qurumlara verib.

“Əslində çox az şey dəyişib: 2018-ci ildən bəri “Telegram” cinayətkarların IP ünvanlarını və telefon nömrələrini hakimiyyət orqanlarına təqdim edə bilib. Müvafiq kanallar vasitəsilə etibarlı hüquqi sorğu alanda biz onu yoxlayaraq təhlükəli cinayətkarların IP ünvanlarını və telefon nömrələrini təqdim etmişik”, – deyə P.Durov vurğulayıb.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37