“Pəncərəni açanda divarla qarşılaşıram” – Sakinlərin şikayətlərinə baxılmır – VİDEO
- CƏMİYYƏTREDAKTOR SEÇİMİSON XƏBƏR
- 22.06.2024 16:35
Bakının Xətai rayonu, Fəzail Bayramov küçəsində qanunsuz tikinti işləri aparılır.
Sakinlərin sözlərinə görə, binaların təmiri zamanı ərazidə yerləşdirilən üç konteynerin birinin divarları daşla hörülüb və ərazidə işləyən fəhlələr bildiriblər ki, tikili müvəqqəti inşa edilib. Lakin sakinlərə hər hansı bir rəsmi sənəd təqdim olunmayıb.
“Qanunsuz tikili ilə yaşayış binası arasındakı ara məsafə gözlənilməyib. Pəncərəni açanda divarla qarşılaşıram. Evə işıq, hava girmir”, – sakinlər qeyd ediblər.
Daha ətraflı Baku TV-nin süjetində: