Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi – FOTO

Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi – FOTO

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməliyyat aparatı Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə əməliyyat-axtarış tədbiri nəticəsində odlu silah tapılıb.

TEMPİNFO Penitensiar Xidmətə istinadən xəbər verir ki, keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində Nəsimi rayonu, Hüseyn Seyidzadə 2 ünvanının qarşısındakı dəmir qarajın önündə gizlədilmiş Ağayev Qurban Fərhad oğluna məxsus 1 ədəd “AKS-74” markalı avtomat silah, 1 ədəd daraq və 3 ədəd güllə aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi - FOTO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37